[b]Dünyanın ən yaxşı hakimi bəlli oldu[/b]
04.01.2016 - 16:03
[b]Dünyanın ən yaxşı hakimi bəlli oldu[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun dünyanın bütün ölkələrində olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, yenə Nikola Rizzoli hamını qabaqlayıb.

 

Belə ki, 2014-cü illərin ən yaxşısı seçilmiş Rizzoli 2015-ci ilin də ən yaxşı hakimi adına layiq görülüb.
 

İtaliyalı FİFA referisi səsvermədə 80 xal toplayıb. İngiltərəli Martin Atkinson isə 72 xalla ikinci olub.


71 xal toplayan türkiyəli Cüneyt Çakır dünyanın 3-cü hakimidi. Almaniyalı Feliks Brix (59 xal) 4-cü, hollandiyalı Byorn Kuypers (35 xal) 5-ci, ingiltərəli Mark Klattenburq (24 xal) 6-cı olub. İlk “onluq”da yer alan kolumbiyalı Vilmar Roldan 21, isveçli Conas Eriksson 14, ispaniyalı Karlos Velasko Karbalyo 11, avstraliyalı Ben Uilliams isə 6 xal toplayıb.


Qeyd edək ki, sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib.