[b]Əbədi çempion[/b]
06.05.2017 - 14:02
[b]Əbədi çempion[/b]

Avropanın daha bir ölkəsində çempion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Lüdoqorets” çempionat başa çatmamış Bolqarıstanın ən yaxşısı adını təmin edib.

 

Komanda buna çempionluq qrupunun IV turunun oyununda nail olub. Plovdiv “Lokomotiv”ini 3 cavabsız qolla yenən Razqrad təmsilçisi 31 oyundan sonra xal hesabını 75-ə çatdırıb. Ən yaxın izləyicisi MOİK-i 19 xal qabaqlayan “Lüdoqorets” ardıcıl 6-cı dəfə çempion tituluna yiyələnib.

 

Qeyd edək ki, 2001-ci ildə yüksək liqaya vəsiqə qazanan komanda debüt mövsümündən etibarən ancaq 1-ci yeri tutur.