[b]Eddi “Barselona” ilə oyunda görünmədi[/b]
02.11.2017 - 01:20
[b]Eddi “Barselona” ilə oyunda görünmədi[/b]

Futbol üzrə İspaniya Sequndasında VII turdan təxirə salınan bir oyun keçirilib. Apasport.az saytınınməlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” doğma meydanda “Barselona”nın B komandası ilə qarşılaşıb.

 

Oyunda qalib müəyyənləşməyib – 0:0.

 

Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, “Ximnastik" geridə qalan turlarda 12 xal toplayıb və hazırda 22 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.