[b]Eddi İsrafilov qovuldu[/b]
25.09.2016 - 21:24
İspaniya Sequndasında VII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun komandası “Kadis” evdə “Ovyedo”yla qarşılaşıb.
İsrafilovun start heyətində meydana çıxdığı matç komandasının məğlubiyyəti ilə başa çatıb – 0:2. Eddi bu matçın 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, hazırda hesabında 8 xal olan “Kadis” 12-ci pillədə qərarlaşıb.
0
0