[b]Eddi İsrafilovun oyununda 5 qol[/b]
12.02.2017 - 15:16
[b]Eddi İsrafilovun oyununda 5 qol[/b]

İspaniya Sequndasında XXV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Kadiz” növbəti matçını keçirib.

 

“Xetafe” ilə səfərdə qarşılaşan “sarılar” görüşdən 2:3 hesablı məğlubiyyətlə ayrılıblar.

 

Eddi matça ehtiyat oyunçular skamyasında başlasa da, 53-cü dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, 25 oyundan sonra aktivində 40 xal olan “Kadiz” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.