Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilovun yeni komandası müəyyənləşib. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını Sequnda klubunda davam etdirəcək.
Belə ki, ötən ildən icarə əsasında “Eybar”da çıxış edən İsrafilov bundan sonra “Kordoba”nın formasını geyinəcək.
Transfer hüququ “Mursiya”ya məxsus olan Eddi yeni komandasına da icarə əsasında keçib. “Alaves”in də maraq dairəsində olan futbolçu ilə danışıqlar qış “transfer pəncərəsi”nin bağlanmasına 1 gün qalmış müsbət nəticələnib.
İsrafilov tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 6 aylıq müqavilə bağlayacaq. Yığmamızın üzvü cari mövsümün sonuna qədər icarə əsasında “Kordoba”nın uğurları üçün çalışacaq.
Əslində, İsrafilovun istəyi “Malyorka” klubuna keçmək idi. Amma daha tez tərpənən “Kordoba” rəhbərliyi qarşı tərəflə razılığa gələrək, böyük ümidlər bəslədiyi Eddini heyətinə qatmağa nail olub.
Qeyd edək ki, 2011-ci ildən “Mursiya”nın əsas komandasının üzvü olan İsrafilov geridəqalan müddət ərzində “Eybar”la yanaşı, “Mursiya İmperial” və “Qranada” klublarında da icarə əsasında çıxış edib. Ötən ildən Azərbaycan millisinə dəvət alan yarımmüdafiəçi yığmamızda 4 oyun keçirib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"