[b]Əfsanə geri dönür[/b]
19.02.2017 - 16:22
[b]Əfsanə geri dönür[/b]

“Nyu-York Siti”nin futbolçusu Andrea Pirlo “Yuventus”a qayıdacaq. Apasport.az saytının məlumatına görə, Pirlo sabiq klubunda səfir kimi fəaliyyət göstərəcək.

 

Turin klubunda hesab edirlər ki, Pirlo “Qoca sinyora”nın maraqlarını xaricdə ləyaqətlə təmsil edəcək.

 

Pirlonun “Nyu-York Siti” ilə müqaviləsi bu ilin dekabrında başa çatır. O, müqaviləsi başa çatandan dərhal sonra səfir kimi fəaliyyətə başlayacaq.

 

Qeyd edək ki, əfsanəvi futbolçu “Yuventus”da 2011-2015-ci illərdə çıxış edib. Yarımmüdafiəçi ötən mövsüm MLS-də 33 oyun keçirib, 1 qol vurub.