Avropa ölkələrinin milli komandalarının heyətində oyun və qol sayında rekordçular açıqlanıb. Apasport.az saytının məlumatına görə, İrlandiya millisinin əfsanəsi Robbi Kinin yığma karyerasını bitirməsi UEFA-nı belə cədvəl tərtib etməyə sövq edib.
Belə ki, Kin bombardirlər siyahısında ilk “beşlik”də yer alır. İrlandiyalı ən çox oyun keçirənlər arasında 6-cıdı.
Qeyd edək ki, Azərbaycan millisinin rekordçuları 103 oyun keçirən Rəşad Sadıqovla 14 qol vuran Qurban Qurbanovdu. Onlar ilk “11-lik”dən kənar qalıb.
Ən məhsuldar oyunçular
1. Ferens Puşkaş (Macarıstan və İspaniya) - 84
2. Şandor Koçiş (Macarıstan) – 75
3. Miroslav Kloze (Almaniya) – 71
4-5. Herd Müller (Almaniya) – 68
Robbi Kin (İrlandiya) – 68
6. Zlatan İbrahimoviç (İsveç) – 62
7. Kriştianu Ronaldo (Portuqaliya) – 61
8-9. İmre Şlosser (Macarıstan) - 59
David Vilya (İspaniya) – 59
10-11. Yoahim Streyx (Farer adaları) – 55
Yan Koller (Çexiya) – 55
Millidə ən çox oyun keçirənlər
1. İker Kasilyas (İspaniya) - 167
2. Vitali Astafyev (Latviya) – 166
3. Canluici Buffon (İtaliya) – 161
4. Martin Reym (Estoniya) - 156
5. Lotar Matteus (Almaniya) - 150
6. Robbi Kin (İrlandiya) - 146
7. Andrey Timoşuk (Ukrayna) - 144
8-9. Anders Svensson (İsveç) – 143
Tomas Ravelli (İsveç) – 143
10-11. Lilian Türam (Fransa) – 142
Marko Kristal (Estoniya) - 142