Əfsanəvi futbolçu, İngiltərə yığmasının sabiq üzvü Pol Qaskoyn növbəti dəfə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, alkoqolizmdən əziyyət çəkən 49 yaşlı ingilis spirtli içki almaq üçün mağazaya biabırçı vəziyyətdə yollanıb.
Belə ki, taksiyə minən Qaskoyn, demək olar ki, lüt olub. Əynində yalnız xalat olan sabiq futbolçu başqa heç nə geyinməyib.
Damağında siqaret olan Qaskoyn sıravi vətəndaşların diqqətini çəkib. Nəticədə onun bu vəziyyəti yoldan keçən insanların fotoaparatının yaddaşına həkk olunub, daha sonra isə sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Qaskoyn futbolçu dövründən alkoqolizmdən əziyyət çəkir.