[b]Müvəqqəti icraçıları saysaq və saymasaq...[/b]
03.11.2017 - 11:29
[b]Müvəqqəti icraçıları saysaq və saymasaq...[/b]

Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis bu ilin sonunda müqaviləsi başa çatan xorvatiyalı Robert Prosineçkini əvəzləyəcək.

 

Yığmadakı debütü 2018-ci ildə gerçəkləşəcək Qurbanov millini meydana çıxaracaq 15-ci məşqçi kimi tarixə düşəcək. Lakin onlardan üçü bu vəzifəni müvəqqəti icra edib. Onlardan ikisi – Nazim Süleymanov və Mahmud Qurbanov istefa verən baş məşqçinin köməkçisi olduğundan növbəti matçda bu vəzifəni müvəqqəti icra edib.

 

Süleymanov və Mahmud Qurbanov kimi Qyoko Hacıyevski də müvəqqəti baş məşqçi olub. Amma makedoniyalı bir matçlıq deyil, bir neçə aylıq təyinat alıb.

 

Həmçinin, yığma tarixində 1 matçlıq məşqçilər şurası da mövcud olub. Həmin şuraya da Kazbek Tuayevlə Ağasəlim Mircavadov başçılıq edib. Bundan başqa, Əsgər Abdullayev ilk, Vaqif Sadıqov 3-cü gəlişində bu vəzifəni icra edib.

 

Qurbanov müvəqqəti icraçıları saymaqla 15-ci, saymamaqla 12-ci çalışdırıcı olacaq.

 

Qurban Qurbanov Şahin Diniyevdən sonra baş məşqçi təyin olunan 2-ci mütəxəssisdi ki, futbolçu kimi də yığmanın şərəfini qoruyub. Bir oyunluq bu vəzifəni icra edən Mahmud Qurbanovu da saysaq, ümumilikdə 3 nəfər həm məşqçi, həm də futbolçu kimi milliyə xidmət edib.

 

Yığmamız 10 ildən sonra yerli baş məşqçiyə həvalə olunub. 2007-ci ildə istefa verən Diniyevdən sonra azərbaycanlı məşqçilər yalnız müvəqqəti icraçı kimi bu posta yaxın durub. Qısa müddətdə Hacıyevski, ardınca Berti Foqtsla Robert Prosineçki komandamıza rəhbərlik edib.

 

Azərbaycan millisini rəsmi oyunlarda meydana çıxaran baş məşqçilər

1

Əhməd Ələsgərov

09.1992-01.1993

03.1999-12.1999

2

Ələkbər Məmmədov

03.1993-05.1994

-

Məşqçilər şurası

05.1994*

3

Ağasəlim Mircavadov

05.1994-09.1995

4

Kazbek Tuayev

09.1995-12.1996

04.2002

5

Vaqif Sadıqov

01.1997-03.1999

04.2002-10.2002

06.2005-11.2005*

6

Əsgər Abdullayev

01.2000-06.2000*

10.2002-02.2004

7

İqor Ponomaryov

06.2000-10.2001

8

Karlos Alberto Torres

02.2004-06.2005

9

Şahin Diniyev

12.2005-10.2007

-

Qyoko Hacıyevski

11.2007-02.2008*

-

Nazim Süleymanov

03.2008*

10

Berti Foqts

04.2008-10.2014

-

Mahmud Qurbanov

11.2014*

11

Robert Prosineçki

12.2014-12.2017

12

Qurban Qurbanov

12.2017-...

 

Baş məşqçi vəzifəsini müvəqqəti icra edənlər “*” işarəsi ilə fərqləndirilib və onlar sıra sayında nəzərə alınmayıb.