[b]Əhmədovun AZAL-da 50-ci üzüntüsü[/b]
03.04.2017 - 12:31
[b]Əhmədovun AZAL-da 50-ci üzüntüsü[/b]

AZAL baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında çempionatda 50-ci məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, bu uğursuz yubiley Azərbaycan Premyer Liqasının XXIV turunda yaşanıb.

 

Səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzan “təyyarəçilər” Əhmədovun “sükan arxası”nda olduğu müddətdə Premyer Liqada 102-ci matçını keçirib. Cəmi 100 xal qazanan bakılılar 24 qələbə qazanıb, 28 heç-heçə edib.

 

50-ci məğlubiyyət zamanı 78-ci qolunu vuran AZAL buraxdığı topların sayını 130-a çatdırıb.

 

Qeyd edək ki, bu məğlubiyyət AZAL-ın Premyer Liqada sonuncu pilləni tutmasını rəsmiləşdirib.