Azərbaycanlı hakim Əliyar Ağayev Avropada növbəti matçını idarə edib. Apasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli referi UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində “Anderlext” (Belçika) – “Barselona” (İspaniya) qarşılaşmasında ədalət təmsilçisi olub.
Belçikada baş tutan görüşdə meydan sahibləri ikinci hissədə vurduqları 2 qolla (2:0) yarımfinala vəsiqə əldə ediblər. Oyun ərzində 6 dəfə əlini cibinə atan Ağayev bunlardan birində ev sahiblərini azlıqda qoyub. Belə ki, o, 90+2-ci dəqiqədə “Anderlext”in futbolçusu Orel Manqalanı birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, bu matçda Əliyar Ağayevə yan xətt hakimi kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Belçikalı Uesli Alen isə dördüncü hakim funksiyasını yerinə yetirib.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?