[b]Əliyar Ağayevin Avropa Liqasında idarə edəcəyi oyun açıqlandı[/b]
17.10.2016 - 12:11
[b]Əliyar Ağayevin Avropa Liqasında idarə edəcəyi oyun açıqlandı[/b]

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində daha bir oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Konyaspor” – “Braqa” oyununu idarə edəcək.

 

Ağayevə kömək edəcək hakimlər briqadası - Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Həşimov olacaq. Orxan Məmmədovla Rəhim Həsənov isə əlavə köməkçi hakimlər kimi meydana çıxacaq.

 

Qeyd edək ki, Konyadakı oyun oktyabrın 20-də keçiriləcək.