[b]Əliyar Ağayev “Qəbələ”nin 10 xalını “yeyib”[/b]
28.04.2016 - 11:35
[b]Əliyar Ağayev “Qəbələ”nin 10 xalını “yeyib”[/b]

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının cari mövsümündə komandasının 15 xalı hakim səhvləri üzündən itirdiklərini açıqlayıb. Apasport.az saytının hesablamalarına görə, arxada qalan 31 turda 44 xal itirən “qırmızı-qaralar”ın qalib gələ bilmədiyi matçlarda 8 ədalət təmsilçisi fit çalıb.

 

13 qələbəyə sevinən əyalət klubu 31 matçdan 18-də xal itirib. 10 heç-heçə və 8 məğlubiyyət alan “Qəbələ” daha çox FİFA referiləri ilə məyus olub.

 

Belə ki, Əliyar Ağayev və Rəhim Həsənov hərəsi 4 matçda Qriqorçukun yetirmələrinin xal itkisinə şahid olub. Bu referilərin hərəsi 2 məğlubiyyət və 2 heç-heçə görüb.

 

Lakin Həsənov 4 matçda “Qəbələ”nin qələbəsini qeydə alıb. O, bu komandanın oyunlarına hamıdan çox – 8 dəfə təyinat alıb.

 

Ağayevin isə fit çaldığı görüşlərdə Qriqorçuk sevinməyib. Bəlkə də bu üzdəndi ki, Azərbaycan Kubokunun “Neftçi”yə qarşı yarımfinalın ilk oyunundan sonra əsəbiləşən mütəxəssis hakimlikdən narazılığını sərt şəkildə ifadə edib.

 

Fariz Yusifov da “Qəbələ”nin xal itkilərində olub. Onun idarəçiliyi altında 3 dəfə uduzan Qriqorçukun yetirmələri 9 xal itirib. Göründüyü kimi, təkcə bu 3 hakim 29 xal itkisinin qeydə alındığı matçları idarə edib.

 

Ümumiyyətlə, Premyer Liqada 9 hakimin idarəçiliyin altında oynayan “qırmızı-qaralar” onların 8-i ilə xal itirib.

 

“Qəbələ”nin Premyer Liqa oyunlarındakı hakimlər

 

hakim

O

Q

H

M

T/F

X

Rəhim Həsənov

8

4

2

2

11-4

14

Ömər Paşayev

5

4

1

0

6-2

13

Əliyar Ağayev

4

0

2

2

5-7

2

Elvin Əsgərov

3

1

2

0

5-2

5

Fariz Yusifov

4

1

0

3

3-6

3

Rauf Cabbarov

2

1

1

0

3-1

4

İnqilab Məmmədov

1

0

0

1

1-2

0

Rəvan Həmzəzadə

3

1

2

0

1-0

5

Orxan Məmmədov

1

1

0

0

1-0

3