[b]Əliyar Ağayev I kateqoriyaya keçdi[/b]
06.12.2016 - 09:02
[b]Əliyar Ağayev I kateqoriyaya keçdi[/b]

FİFA dərəcəli hakim Əliyar Ağayev daha bir uğura imza atıb. Apasport.az saytı xəbər verir ki, Ağayev UEFA-nın I kateqoriyasına sahib olub.

 

Bununla o, Azərbaycan futbol tarixində ilkə imza atıb. I kateqoriyaya keçən Ağayev gələn ildən Çempionlar Liqasının qrup və pley-off matçlarına da təyinat almaq hüququ qazanıb.

 

Qeyd edək ki, 2013-cü ildən FİFA dərəcəsini daşıyan Əliyar Ağayev cari mövsümdə 3 dəfə Avropa Liqasının qrup mərhələsində oyun idarə edib.