[b]Əliyar Ağayev xorvatiyalıları cəzalandırdı[/b]
18.07.2016 - 16:07
[b]Əliyar Ağayev xorvatiyalıları cəzalandırdı[/b]

19 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı FİFA hakimi Əliyar Ağayev yarışda 3-cü matçını idarə edib.

 

İlk tura dördüncü, ötən tur baş hakim kimi meydana çıxan təmsilçimiz bu gün B qrupunda baş tutan İngiltərə ilə Xorvatiyanın görüşündə fit çalıb. Oyunun ilk 10 dəqiqəsində 2 top üstünlüyü qazanan britaniyalılar sonda bir top buraxsa da, 2:1 hesabı ilə qalib gəlib.

 

Ağayev Xorvatiya millisinin bir avtoqol etdiyi görüşdə 2 sarı vərəqə göstərib. O, xorvatiyalıların futbolçuları Luka İvanişets və Vinko Soldonu cəzalandırıb.

 

Qeyd edək ki, bu gün baş tutan matçlardan sonra yarımfinalçılar müəyyənləşib. Bu mərhələdə Portuqaliya Fransa, İngiltərə İtaliya ilə üz-üzə gələcək.