[b]Elnur Allahverdiyev “Xəzər Lənkəran”a lazım deyil[/b]
10.03.2016 - 11:18
[b]Elnur Allahverdiyev “Xəzər Lənkəran”a lazım deyil[/b]

Azərbaycan yığmasının sabiq müdafiəçisi Elnur Allahverdiyevin “Xəzər Lənkəran”a qayıtmaq variantı yoxdu. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, uzun müddətdi komandasız qalan 33 yaşlı müdafiəçi “ağ-yaşıllar”ın maraq dairəsində deyil: “Xəzər Lənkəran”da oynamaq istəyirdisə, vaxtında fikirləşərdi. Klubu atıb getməzdi”.

 

Qeyd edək ki, karyerası ərzində “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ” və “Qəbələ” klublarının da formasını geyinmiş Elnur Allahverdiyev 2010-2013-cü illərdə “Xəzər Lənkəran”da çıxış edib.