[b]Elnur Cəfərov oynadı, “Tondela” qələbə qazandı[/b]
18.07.2016 - 17:08
Millimizin üzvü Elnur Cəfərovun yeni komandası “Tondela” mövsümlərarası fasilədə ilk yoxlama görüşünü keçirib. Apasport.az maisfutebol.iol.pt saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi Lüksemburqun “RM Hamm Benfika” klubu ilə üz-üzə gəlib.
Oyun “Tondela”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qola 29-cu dəqiqədə Vaqner imza atıb.
“11-lik”də yer almayan Elnur Cəfərov ikinci hissənin startında meydana daxil olub.
Qeyd edək ki, Cəfərovun komandası növbəti yoxlama görüşünü iyulun 21-də “Aruka”ya qarşı keçirəcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0