[b]Elxan Abdullayev məğlubiyyəti belə şərh etdi[/b]
09.04.2017 - 20:19
[b]Elxan Abdullayev məğlubiyyəti belə şərh etdi[/b]

“Belə meydanda oynamaq bütün komandalar üçün çox çətindir. Bu amil həm bizə, həm də rəqibə çətinlik yaratdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Kəpəz”lə qarşılaşan “ağ-qaralar” 0:2 hesablı məğlubiyyətə üzülüb.

 

Görüş başa çatdıqdan sonra fikirlərini klub saytına açıqlayan Abdullayev məğlubiyyətə səbəb kimi meydanın vəziyyətini və zədəlilərin çoxluğunu göstərib: “Zədəlilərin çoxluğu ardıcıl 2-3 oyun stabil heyətlə oynamağa imkan vermir. Pavel Dreksa və Kirilo Petrov zədəli olduğu üçün müdafiənin mərkəzində iki məcburi dəyişiklik etmişdik. Üstəlik, sol cinah oyunçusu Georgi Navalovski zədəli olduğu üçün ikinci hissədə ağrıkəsici iynənin hesabına meydana çıxdı. Ruslan Abışov bu gün "18-lik”də olsa da, hələ ki meydana çıxmağa hazır deyil, tam bərpa olmayıb. Bir sözlə, birdən-birə 4 futbolçunun zədələnməsi oyunumuza çox pis təsir edib. Bütün bunlara baxmayaraq, növbəti oyunlara qələbə qazanmaq üçün çıxacağıq”.

0