[b]Elxan Məmmədov milli üzvləri ilə görüşdü[/b]
30.01.2016 - 18:08
[b]Elxan Məmmədov milli üzvləri ilə görüşdü[/b]

Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov futzal üzrə Azərbaycan millisi ilə görüşüb. Apasport.az saytının məlumatına görə, tədbir komandamızın Avropa çempionatının final mərhələsində çıxışına həsr olunub.

 

Məmmədov yığmamıza fevralın 2-də start götürəcək yarışda uğurlar arzulayıb.

 

Futzal üzrə millimiz Avropa çempionatının final mərhələsinin D qrupunda fevralın 3-də İtaliya, fevralın 5-də isə Çexiya yığması ilə qarşılaşacaq. Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Belqrad Arena” idman kompleksində keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Mənbə: affa.az