[b]Emil Balayevə daha bir rəqib[/b]
06.04.2016 - 14:26
[b]Emil Balayevə daha bir rəqib[/b]

Azərbaycanlı qapıçı Emil Balayevin şərəfini qoruduğu Almaniyanın “Ayntraxr” klubu heyətinə daha bir qolkiper qatmaqda maraqlıdı. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisi aşağı liqa klubu “Elversberq”in qapıçısı Stefan Drlyatsanı da sıralarında görmək istəyir.

 

Regionalliqada keçirdiyi 11 oyunda 33 qol buraxan 16 yaşlı əlcək sahibində böyük istedad görən “Ayntraxt” onu baxışa dəvət edib. Artıq ilk məşqinə çıxan Drlyatsa hazırlıqda iştirak edən 5 qapıçıdan biri olub.

 

Lukas Hradeçki, Hayns Lindner, Emil Balayev və Yannik Zummaka qoşulan yeniyetmə “çərçivə”dəki güclü rəqabəti daha da artırmaq arzusundadı. O, baxışdan keçsə, Emilin əsas heyət uğrunda rəqibləri sırasına qoşulacaq. Bu isə həm rəqabəti artıracaq, həm də təmsilçimizin işini çətinləşdirəcək.