Azərbaycan millisinin San-Marino ilə DÇ-2018-in seçmə oyunu iki debütlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Serravalle şəhərində keçirilən qarşılaşmada (1:0) sonradan meydana çıxan Emin Mahmudovla Ramil Şeydayev ilk dəfə yığmamızın formasını geyiniblər.
İlk rəsmi matçını 1992-ci ildə keçirən Azərbaycan millisinin 24 illik tarixindəki 223 matçda 215 futbolçu meydana çıxmışdı. Emin bu siyahıda 216-cı, Ramil isə 217-ci olub.
Hər iki futbolçu Rusiya yığmasının sabiq oyunçuları olduğundan onlar komandamızın tarixinə milliləşən, vətəndaşlığını dəyişənlər kimi düşüblər. İndiyədək 43 belə oyunçusu olan yığmamızdakı legionerlərin sayı da 45-ə çatıb.