Tanınmış futbolçu Emmanuel Adebayorun klubsuz günləri başa çatıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, toqolu hücumçu karyerasını bu ölkədə davam etdirəcək.
“Kristal Pelas”dan ayrıldıqdan sonra bu mövsüm futboldan uzaq düşən 33 yaşlı forvard “Başakşəhər”lə anlaşıb. Bir neçə gün əvvəl “Beşiktaş”ın təklifini rədd edən və karyerasını İngiltərədə davam etdirmək istəyən Adebayor Premyer Liqa klublarından təklif almayınca, transfer dönəminin son günündə “Başakşəhər”ə “hə” deməli olub.
Ulduz futbolçu azad agent statusu daşıdığından, bu keçid İstanbul təmsilçisinə havayı başa gəlib. Adebayor yeni komandası ilə artıq 1,5 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Emmanuel Adebayor karyerası ərzində “Monako”, “Arsenal”, “Mançester Siti”, “Real” və “Tottenhem” kimi nəhəng klubların formasını geyinib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı