[b]Ən böyük zərbə “Sumqayıt”a dəydi[/b]
17.04.2017 - 10:34
[b]Ən böyük zərbə “Sumqayıt”a dəydi[/b]

Azərbaycan Premyer Liqasının XXVI turunun oyunları 4 futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, bu üzdən 3 komanda növbəti tura itki ilə çıxacaq.

 

Ən böyük zərbə “Sumqayıt”a dəyib. “Zirə”ylə görüşdə iki futbolçusu sarı vərəqə limitini dolduran “Gənclik şəhəri” təmsilçisi “Qarabağ”la matçda Fərhad Qistarovla Nicat Muxtarovun xidmətindən yararlana bilməyəcək. Hər iki oyunçu mövsümdə 4-cü dəfə xəbərdarlıq alıb.

 

Elə həmin matçda sarı vərəqə ilə cəzalanan Adil Nağıyev də “Zirə”yə kömək edə bilməyəcək. O, mövsümdə 8-ci dəfə önündə xəbərdarlıq işarəsi görüb. Adil “Neftçi” ilə görüşdə istirahət edəcək.

 

“Kəpəz” isə AZAL-la matça itki ilə çıxmalıdı. Qərblilər Vüqar Bəybalayevi itirib. Buna oyunçunun “Qəbələ” ilə matçdakı vərəqəsi səbəb olub. Vüqar mövsümdə 4-cü dəfə cəzalandığından qarşıdakı turu buraxacaq.