[b]Ən çox qazanan idmançı kimdi?[/b]
14.10.2016 - 12:09
[b]Ən çox qazanan idmançı kimdi?[/b]

Məşhur “Forbes” jurnalı dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, siyahıda yalnız yaşı 30-a qədər olan idmançılar yer alıb.

 

İlk pilləni “Barselona”nın futbolçusu Lionel Messi tutur. Argentinalı superulduzun illik məvacibi 73,7 milyon avro dəyərində göstərilir. Onun ən yaxın izləyicisi 50,8 milyon avroluq gəlirlə basketbolçu Kevin Dyurantdı. İlk “üçlüy”ü isə tennisçi Novak Cokoviç (50,5 milyon avro) qapayır.

 

Siyahının ilk “10-luğ”unda daha iki futbolçu var. Bunlar Neymar (33,9) və Qaret Beyldi (32,5).