[b]Ən yaxşı klubun adı açıqlandı[/b]
28.12.2016 - 11:09
[b]Ən yaxşı klubun adı açıqlandı[/b]

2016-cı ilin ən yaxşı qadın klublarının adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibi “Lion” olub.

 

Fransa təmsilçisi (241 səs) ən yaxın izləyicisi “Volfsburq”u 140 səs qabaqlayıb. Siyahıda 3-cü yeri isə “Bavariya” (34 səs) tutub.

 

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayevin ilk iki yerlə bağlı proqnozu özünü doğruldub. Onun 3-cü yerə layiq bildiyi “Portlend Torns” isə sıralamada 4-cü yerdə qərarlaşıb.