[b]Əvəzedici heyətlərin çempionatında yeni mövsüm başlayır[/b]
08.08.2017 - 14:02
[b]Əvəzedici heyətlərin çempionatında yeni mövsüm başlayır[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, tura şənbə günü start veriləcək.

 

Mövsümün açılış matçında “Neftçi” “Qarabağ”ı qəbul edəcək.



Qeyd edək ki, bu mövsümdən etibarən əvəzedici heyətlərin oyunu əsas komandaların görüşündən 1 gün əvvəl deyil, 1 gün sonra keçiriləcək.

 

12 avqust (şənbə)


18:00. “Neftçi”  - “Qarabağ”
Binə qəsəbə stadionu
 

 

13 avqust (bazar)

18:00. “İnter – “Qəbələ”
“İnter Arena”

 

14 avqust (bazar ertəsi)

18:00. “Sumqayıt” – “Kəpəz”
Sumqayıt şəhər stadionu

 

19:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu