UEFA-nın yeni seçilmiş prezidenti Aleksander Çeferin quruma üzv ölkələrə səfərə başlayır.Apasport.az saytının məlumatına görə, bu ölkələrin arasında Azərbaycan da var.
Ancaq Çeferin ölkəmizə gəlməmişdən öncə Gürcüstanda olacaq. Sentyabrın 29-na planlaşdırılan səyahət zamanı UEFA-nın baş katibi Teodor Teodoridis də prezidenti müşaiyət edəcək.
Səfər zamanı qitə futbol qurumunun başbilənləri Gürcüstan Futbol Federasiyasının rəhbər şəxsləriylə yanaşı, qonşu ölkənin dövlət rəsmilərilə də görüşəcək.
Çeferinlə Teodoridis sentyabrın 30-da Gürcüstandan Azərbaycana gələrək, AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək.