[b]Əvvəl İngiltərə, sonra Azərbaycan yığması[/b]
15.10.2016 - 15:20
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Almaniya millisinin 2017-ci ildə keçirəcəyi ilk yoxlama matçındakı komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, Bundestim yeni ilə İngiltərə ilə qarşılaşma ilə start verəcək.
Görüş martın 22-də baş tutacaq. Qarşılaşma Almaniyanın ən böyük stadionlardan birinə malik Dortmunddakı “Vestfalenştadion”da keçiriləcək.
Bu, rəqibimizin Azərbaycanla seçmə oyunu öncəsi son sınaq olacaq. Belə ki, martın 26-da almaniyalılar Bakıda millimizlə görüşəcək.
='font-family:Tahoma;mso-ansi-language:AZ-LATIN'>Roman Qriqorçuk
0
0