[b]Əvvəl Podqoritsada, sonra Bakıda, bu dəfə də Londonda[/b]
10.09.2017 - 15:06
[b]Əvvəl Podqoritsada, sonra Bakıda, bu dəfə də Londonda[/b]

Çempionlar Liqasının C qrupunda baş tutacaq “Çelsi” – “Qarabağ” oyununda yunanıstanlı hakimlər briqadası iş başında olacaq. Apasport.az saytının məlumatına görə, görüşdə ədaləti təmsil edəcək şəxslər azərbaycanlı futbol azarkeşləri, eləcə də “Qarabağ” üçün tanış simalardı.

 

Belə ki, matçın baş hakimi Anastasios Sidiropulos və eləcə də onun briqadası iki il əvvəl ağdamlıların oynunda əsas söz sahibi olublar. UEFA Avropa Liqasının 2015/16 mövsümünün qrup mərhələsinin “Qarabağ” - “Tottenhem” matçında ədaləti qorumuş referi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş və ingilislərin minimal hesablı qələbəsiylə nəticələnmiş matçda iki dəfə əlini cibinə atıb.

 

“Qarabağ”ın oyunçularını cəzalandıran Sidiropulos Riçard Almeyda və Qara Qarayevə sarı vərəqə göstərib.

 

Londonda Sidiropulosa kömək edəcək Polikronis Kostaras, Lazaros Dimitriadis və Damianos Eftimiadis iki il öncə Bakıda baş tutmuş oyunun da hakimlər briqadasında yer almışdılar.

 

“Tottenhem”lə oyunda dördüncü hakim olan Dimitriadis bu dəfə yan xətt hakimi kimi xidmət edəcək. İki il öncə baş tutmuş matçda laysman funsiyasını yerinə yetirmiş Eftimiadis bu dəfə dördüncü hakim, Kostaras isə Bakıdakı oyunda olduğu kimi yan xətt hakimi olacaq.

 

Maraqlıdı ki, yunan baş hakim 2010-cu ildə də təmsilçimizin oyununda iştirak edib. Sidiropulos Avropa Liqasının 2010/11 mövsümünün II təsnifat mərhələsində “Buduçnost” – “Bakı” görüşündə 4-cü hakim kimi iş başında olub. Həmin oyunda bakılılar səfərdə 2:1 hesablı qələbəyə sevinmişdi.