[b]Əvvəl Qriqorçuk, sonra Şmidt[/b]
26.09.2016 - 17:32
[b]Əvvəl Qriqorçuk, sonra Şmidt[/b]

Sentyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda “Qəbələ” Almaniyanın “Maynts” komandasını qəbul edəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Maynts” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - sentyabrın 28-də saat 18:00-da arenanın media zalında start götürəcək.

 

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və yarımmüdafiəçisi Asif Məmmədov çıxacaq. Saat 19:30-da isə Almaniya klubunun baş məşqçisi Martin Şmidt media nümayəndələrinin suallarını cavablandıracaq.


Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. “Maynts” saat 20:00-da “Bakcell Arena”da, “Qəbələ” isə 19:00-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.

0