[b]Əvvəlcə “Neftçi”, sonra “Kəpəz”, sonda “Qəbələ”[/b]
08.07.2016 - 17:45
[b]Əvvəlcə “Neftçi”, sonra “Kəpəz”, sonda “Qəbələ”[/b]

Avropa Liqasında iştirak edən komandalarımızın ikinci təsnifat mərhələsində keçirəcəkləri ilk oyunların vaxtları açıqlanıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizdən meydana ilk olaraq, “Neftçi” çıxacaq.

 

Belə ki, 8-ci km qəsəbə stadionunda Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcək “ağ-qaralar”ın görüşü saat 20:00-da start götürəcək.

 

Avstriyada “Admira”nın qonağı olacaq “Kəpəz” isə saat 21:00-da meydana çıxacaq. Görüş Sankt-Polten şəhərinin “NV Arena” stadionunda baş tutacaq.

 

Avropa Liqasındakı digər təmsilçimiz “Qəbələ” isə ikinci mərhələdə Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Dyer şəhərinin “Dyirmot” stadionunda keçiriləcək ilk oyun saat 22:30-da start götürəcək.