[b]Əvvəlcə “Qarabağ”, sonra dünya yığması[/b]
28.09.2016 - 15:04
[b]Əvvəlcə “Qarabağ”, sonra dünya yığması[/b]

Ötənlərin əfsanəvi futbolçusu Qabriel Batistuta İtaliyaya qayıdıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, argentinalı Florensiyada təmtəraqla qarşılanıb.

 

“Fiorentina”nın sabiq futbolçusunun səfərdə məqsədi xeyriyyə matçında iştirak etməkdi. Belə ki, oktyabrın 3-də “Artemio Franki” stadionunda İtaliyanın veteran futbolçulardan ibarət millisi ilə dünya yığması üz-üzə gələcək.

 

Həmin oyunda meydana çıxacaq “Batiqol” əvvəlcə azarkeş qismində tribunada əyləşəcək. 47 yaşlı futbol mütəxəssis Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Fiorentina” – “Qarabağ” görüşünü canlı izləyəcək. Bu qarşılaşmadan əvvəl isə ona həmin arenada Florensiya şəhərinin fəxri vətəndaşlığı adı veriləcək.

 

Qeyd edək ki, 1991-2000-ci illər aralığında “Fiorentina”nın formasını geyinmiş Qabriel Batistuta 332 oyunda 207 qola imza atıb.