[b]Əvvəlcə İngiltərə, sonra Azərbaycan[/b]
14.10.2016 - 23:00
[b]Əvvəlcə İngiltərə, sonra Azərbaycan[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya millisi yoxlama oyununda qüvvəsini sınayacaq. Apasport.az saytının “Bild”ə istinadən məlumatına görə, “bundestim” gələn il, martın 22-də İngiltərə ilə üz-üzə gələcək.

 

Dortmundda, "Siqnal İduna Park"da baş tutacaq oyunda bir müddət öncə milli karyerasını bitirdiyini açıqlayan “Qalatasaray”lı Lukas Podolski "panzerlər"in heyətində son matçına çıxacaq.

 

Qeyd edək ki, Almaniya millisi bu oyundan 4 gün sonra, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq.