Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – MTK görüşündən öncə baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 20-də saat 19:30-da start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə MTK-nın çalışdırıcısı Vasilis Teodoru media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi də 8-ci km stadionunda baş tutacaq. “Qəbələ” saat 20:00-da, MTK isə 21:00-da hazırlıqlarını tamamlayacaq.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA