UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Slovan” (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Apasport.az klubun saytına istinadən xəbər verir ki, ilk öncə Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov media mənsublarının önünə çıxacaq.
Onun mətbuat konfransı sentyabrın 14-də, saat 17:00-da "Azərsun Arena"nın mətbuat zalında baş tutacaq. “Qarabağ”ın oyunöncəsi son məşqi isə saat 17:30-da start götürəcək. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Slovan”ın son məşqi isə saat 19:00-da “Dalğa Arena”da baş tutacaq. Çexiya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-də, saat 19:00-da keçiriləcək.