[b]Fabreqas İtaliya yolunda[/b]
31.08.2016 - 17:37
“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas İtaliyaya köçə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı ulduz futbolçu “Milan”ın maraq dairəsindədi.
Antonio Kontenin gəlişindən sonra əsas heyətdəki yerini itirən 29 yaşlı oyunçu özü də oyun praktikasının itməməsi üçün “zadəganlar”la yollarını ayırmaq arzusundadı. “Rossonyerlər” isə onu transferin son günündə birillik icarəyə götürmək arzusundadılar. Bununla bağlı qarşı tərəfə artıq rəsmi təklif göndərilib.
Qeyd edək ki, Sesk Fabreqas “Çelsi”yə 2014-cü ildə “Barselona”dan keçib.
0
0