[b]Fabreqasın əvəzinə Rodriges[/b]
12.06.2017 - 12:26
[b]Fabreqasın əvəzinə Rodriges[/b]

“Real” kolumbiyalı futbolçusu Hames Rodrigeslə vidalaşa bilər. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin karyerasını İngiltərədə davam etdirmək variantı yaranıb.

 

Belə ki, Rodrigesin xidmətində “Çelsi” maraqlıdı. “Zadəganlar”ın baş məşqçisi Antonio Konte rəhbərliklə söhbətində Hamesin alınmasını tələb edib. O, Kolumbiya yığmasının üzvünü komandadan ayrılacağı gözlənilən Sesk Fabreqasa əvəzləyici qismində görür.

 

Qeyd edək ki, karyerası ərzində “Porto” və “Monako” klublarında da çıxış etmiş Rodriges 2014-cü ildən “Real”ın formasını geyinir.