Türkiyənin Ordu şəhərinin birinci həvəskarlar liqasında “Ulubəy Bələdiyyəspor” səfərdə "Kabataşspor"u 20:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, onların bu qələbəsinə qarşılıq olaraq cəza gözləyir.
Belə ki, qalib komandanın prezidenti İsa Türkcan rəqibə hörmət etməyərək həddindən artıq qol vurduğu üçün futbolçularını cəzalandıracağını açıqlayıb.
Klub rəhbəri onları qələbə üçün nəzərdə tutulmuş mükafatdan məhrum edib: “Komanda rəqibinə hörmət etmədi. Buna görə futbolçuları cəzalandıracam. Mövsümün əvvəlində söz verdiyim mükafatı ödəməyəcəm. Bəlkə bundan sonra komanda rəqibinə bu qədər qol vurmamağı öyrənər”.