[b]Faşistpərəstlikdən əl çəkmədi, qovuldu - FOTO[/b]
14.09.2016 - 21:41
[b]Faşistpərəstlikdən əl çəkmədi, qovuldu - FOTO[/b]

Məşhur italiyalı keçmiş futbolçu Paolo Di Kanio işlədiyi kanaldan qovulub. Apasport.az saytının məlumatına görə, buna səbəb onun faşist sevgisi olub.

 

“Vest Hem” və “Latsio”da çıxış edərkən faşizmə sevgisini açıq şəkildə nümayiş etdirən italiyalı bu dəfə də sevdasının bəlasına düşüb.

 

Belə ki, “SKY Sport İtalia” telekanalında şərhçi kimi çalışan Di Kanio verilişlərin birinə ənənəvi pencəkdə deyil, qısaqol köynəkdə çıxıb. Bu halda isə onun sağ qoluna həkk etdirdiyi faşist döyməsi açıq-aşkar gözə çarpıb.

 

Keçmiş futbolçunun qolunda isə “DVX” (Duçe) İtaliyanın faşist lideri Mussolinin rütbəsi yazılıb. Kanal rəhbərliyi Di Kanionun bilərəkdən qolunu açıq qoyduğunu əsas gətirərək onu işindən uzaqlaşdırıb.

 

0