[b]AFFA İcraiyyə Komitəsində yeni sima - FOTO[/b]
15.03.2017 - 10:58
[b]AFFA İcraiyyə Komitəsində yeni sima - FOTO[/b]

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, tədbirdə İcraiyyə Komitəsində hazırda vakant olan 1 yerə seçki baş tutub.

 

Vakant yerə yeganə namizəd Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov olub. Namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülən AFF  başçısı İcraiyyə Komitəsinə üzv seçilib.

 

Qeyd edək ki, Nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın  üzvü və ya dolayı üzvü tərəfindən, ən azı 15 gün əvvəl baş katibliyə təqdim edilməlidi. Axundovdan başqa isə heç bir namizəd irəli sürülməyib.