Albaniya Futbol Federasiyasının prezidenti Armand Duka Azərbaycan yığmasının Millətlər Liqasında yer aldığı qrupu dəyərləndirib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Duka favorit qismində Kosovonu görür.
Belə ki, onun fikrincə, Azərbaycan, Farer adaları və Malta ilə eyni qrupda qərarlaşan kosovolular pley-off mərhələsinə daha yaxındılar: “Mənə görə, Kosovo yaxşı yoldadı. Azərbaycan, Malta və Farer adaları ilə mübarizə aparacaq və onları üstələyəcək gücdədi. Kosovo həyatında ilk dəfə qrupdan çıxmaq üçün hər cür imkana malikdi”.
Qeyd edək ki, Kosovo yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 27-də millimizə qarşı keçirəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı