“Vest Hem”in yarımmüdafiəçisi Sofian Fequlinin qırmızı vərəqəsi ləğv edilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İngiltərə Futbol Federasiyası bununla bağlı bəyanat yayıb.
Xəbərdə bildirilir ki, İngiltərə Premyer Liqasının XX turu çərçivəsində “Mançester Yunayted”lə keçirilən qarşılaşmanın baş hakimi Mayk Din 15-ci dəqiqədə əlcəzairli oyunçunu meydandan qovmaqla yanlışlığa yol verib. Bu isə o deməkdi ki, 27 yaşlı futbolçu İngiltərə Federasiya Kubokunda “Mançester Siti” ilə oyunda iştirak edə biləcək.
Qeyd edək ki, “Mançester Yunayted”in 2:0 hesabı ilə qalib gəldiyi görüşün 15-ci dəqiqəsində Sofian Fequli rəqib müdafiəçi Fil Consla top uğrunda mübarizədən sonra birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu.