[b]Fərid Nəbiyev “Slaviya”da ilk oyununu keçirdi[/b]
04.09.2017 - 17:30
Bu günlərdə Çexiyanın “Slaviya” klubu ilə 3 illik müqavilə imzalayan Fərid Nəbiyev yeni klubunda debüt edib. Apasport.az saytı xəbər verir ki, o, praqalıların 21 yaşadək futbolçulardan ibarət komandasında meydana çıxıb.
“Pribram”ın qonağı olan “Slaviya”nın U-21 komandası 1:2 hesabı ilə uduzub.
Start heyətində yer alan Fərid 84-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 6 turdan sonra aktivində 10 xal olan "Slaviya" turnir cədvəlində 4-cü pillədə yer alıb.
0
0