Çexiyanın yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında çempionatda XV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, gənclər millimizin futbolçusu Fərid Nəbiyev bu dəfə “Slaviya”nın U-21 komandasının heyətində meydana çıxıb.
“Viktoriya”nın qonağı olan Praqa təmsilçisi rəqibi üzərində böyük hesablı qələbə qazanıb. Belə ki, “Slaviya”nın ilk hissədə vurduğu 3 cavabsız qol matçın nəticəsini müəyyənləşdirib. Start heyətində meydana daxil olan Nəbiyev 90 dəqiqəni əvəz edilmədən keçirib.
Qeyd edək ki, bu nəticədən sonra A qrupunda yer alan “Slaviya”nın U-21 komandası xallarının sayını 23-ə yüksəldib və 12 komanda arasında 6-cı pillədə qərarlaşıb.