[b]Fərid Nəbiyevin Çexiyadakı növbəti oyunu[/b]
24.09.2017 - 19:11
[b]Fərid Nəbiyevin Çexiyadakı növbəti oyunu[/b]

Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiyanın “Slaviya” klubunda növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, o, klubun U-19 komandasının yarışdığı ölkə birinciliyində forma geyinib.

 

19 yaşlıların çempionatında 7-ci tur çərçivəsində səfərdə Plzen “Viktoriya”sı ilə qarşılaşan Praqa təmsilçisi 2:1 hesabıyla qalib gəlib.

 

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.

0