[b]Fernando Torres müqavilə bağladı[/b]
04.07.2016 - 17:46
[b]Fernando Torres müqavilə bağladı[/b]

“Atletiko”nun hücumçusu Fernando Torresin taleyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli forvard Madrid klubunda qalmağı qərara alıb.

 

“Atletiko” ilə müqavilə müddəti bitdiyi üçün bir neçə klubdan sərfəli təklif alan 32 yaşlı futbolçu daha bir il Dieqo Simeonenin rəhbərliyi altında oynamaq qərarına gəlib. İspaniya millisinin sabiq üzvü yerli mətbuata açıqlamasında heç vaxt komandasını tərk etmək fikrində olmadığını söyləyib.

 

İlk peşəkar klubu “Atletiko” olan (2001-2007) Fernando Torres ötən il yenidən doğma komandasına qayıdıb.