Premyer Liqada qış fasiləsi başa çatan kimi, hakimlik yenidən əsas müzakirə mövzusuna çevrilib. Apasport.az saytı xəbər verir ki, bu dəfə hadisələrin mərkəzində “Qarabağ” – “Neftçi” matçını (1:1) idarə etmiş Ramil Diniyev dayanır.
Onun “Neftçi”nin qapısına təyin etdiyi penaltini haqlı sayanlar da var, haqsız hesab edənlər də. Bundan əlavə, 67-ci dəqiqədə qonaqların futbolçusu Rəhman Hacıyevin “Qarabağ”ın cərimə meydançası daxilində yerdə qaldığı, hakimin penalti vermədiyi epizod da müzakirə olunan məqamlardan biridi.
Hakimin qərarlarına idman jurnalistləri də biganə qalmayıblar. Dünəndən feysbuk sosial şəbəkəsində bununla bağlı müxtəlif statuslar, rəylər yazılıb. Əksəriyyət Ramil Diniyevin idarəçiliyindən narazılığını vurğulayıb...
İbrahim Cəfərov (Futbolxeber.az saytının redaktoru): “3 FİFA referisi ola-ola turun mərkəzi oyunu başqasına tapşırılırsa və o da zibilini çıxardırsa, kimsə "qərəz yox, səhv idi" nağılına inanmaz”.
- “Tofiq Bəhramova ən yaxşı ad günü hədiyyəsini Ramil Diniyev verdi!”.
Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri): “Diniyev müasir Azərbaycan hakimliyinin Fazil Mürşüdovudu”.
Elnur Məmmədli (“CBC Sport” telekanalının əməkdaşı): “Mən Ağabala Ramazanova inanmıram. Amma yenə də hər şey onun dediyi kimidirsə və hakim hücum edən komandanın futbolçusundan soruşursa, penalti var idi? - dağıl a dünya, dağıl!”.
Anar Şabanoğlu (müstəqil jurnalist): “Diniyev oyunu normal idarə etdi. Düzdü, verdiyi penalti şübhəli, vermədiyi penalti isə əksinə yüzdəyüz verilməli epizoda oxşayırdı. Amma Diniyev 1-ci turda Rəhim Həsənovla birləşib “Neftçi”yə 3 xal qazandıranda yaxşı idi. indi pis oldu. Həmin oyunda Röyal Nəcəfov hesabı açdı, mərkəz hakimi Rəhim bunu görməsə də (hərçənd topun qapı xəttini yarım metr keçdiyi tribunadan görünürdü), o an Neftçinin qapısının yanında olan Diniyev bunu min faiz görmüşdü. Röyalın əlindən çempionatın ilk qolunu aldılar. Həmin gün əla oyun sərgiləyən Röyal komandası AZAL kimi hələ də özünə gəlməyib, bu mövsüm daha qol vurmayıb... Yeri gəlmişkən həmin epizodda Kvirtiya təkrar zərbəylə topu yenidən qapıya göndərsə də, Həsənovla Diniyev bu qolu da qeydə almadı və ...AZAL indiyəcən özünə gələ bilmir...
Dediyim odu ki, Diniyev əla hakimlik etdi.
Siz ki, bunların nələrə qadir olduğuna bələdsiz! Penalti epizodlarında səhv varıydısa da inanmaq istəyirəm ki, bu bilməyərəkdən idi...”.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun paylaşdığı şəkil də diqqət çəkib. Fotoda dünən anadan olmasından 92 il keçən mərhum referi Tofiq Bəhramovun “müraciət”inə yer verilib: “Bu gün mənim ad günümü. Səni niyə təbrik edirlər, ay Ramil?”.
Araz Əhmədov (Sportfm.az saytının redaktoru): “Bu mövsüm ilk dəfə "Neftçi" normal futbol sərgilədi, hakimlik adına ləkə olan Diniyev olmasaydı, qələbə qazanmaq olardı...”.
Elşən Məmmədov (Report.az saytının əməkdaşı): “Epizoda təkrar-təkrar baxdım, belə göründü ki, Ağabala penalti təyin etdiyi üçün sevincindən Ramil Diniyevi bağrına basır”.
Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): “Bir var ağ yalan, bir də var Ağabala yalan. İkincisi lap dəhşətli və gülməlidi. De ki, özümü itirdim qucaqladım da. Nə olacaqdı, penaltinin qaşı düşəcəkdi?”
Pərviz Musayev (“CBC Sport” telekanalının əməkdaşı): “Aləm bir-birinə qarışıb: "Barselona"nın təmiz qolu sayılmayıb, "Fənərbaxça" 1:4 uduzub, burda da Ağabala deyib ki, "ay can, eşitmədim atam, bir daha söylə".
İlkin Baba (AzTV telekanalının əməkdaşı, futbol jurnalisti): “Ayıbdı, vallah, ayıbdı. Adamı futboldan iyrəndirməyin. Ramil Diniyevin başı üçün deyil bu oyun!!!”.
Xanbaba Daşdi (“Şahdağ” klubunun mətbuat xidmətinin rəhbəri): “Qarabağ” klubu Azərbaycan futbolunu məhvə aparır!”.
Anar Xanlarov (Rekord.az saytının redaktoru): “Fikrimi qısa yazacam. "Neftçi"nin qapısına təyin olunan penalti düzgün idi. Top xəttin üstündə müdafiəçinin əlinə dəydi ki, xəttin üstü içəri sayılır. Amma.... Ondan əvvəl "Qarabağ"ın cərimə meydançasında da Rəhman Hacıyevin epizodunda da simulyasiya yox idi. Əksinə, "Qarabağ"ın müdafiəçisi Hacıyevin sağ ayağına zərbə endirmişdi və bu penaltini verən hakim onu da verməliydi. Ən əsası, mənim üçün oyuna damğa vuran bilirsiniz hansı epizod oldu? Bax bu epizod. Ayıbdı e, vallah, ayıb, ayıb”.
Ceyhun Əliyev (Futbolinfo.az saytının əməkdaşı): “Əl topu tapdı. Sonra itirdi və bir müddət sonra yenidən tapdı. Error... Gövdə xətt üzərindədi? OK! Belədə, dirsək hardadı? Axı, gövdədən aralanıb. Aralanıbsa və topa gövdədən daha yaxındırsa, penalti təyin etmək üçün əsas qalır? Qalmır. Haydı, Türkiyə toplanışına. Məntiq və həndəsədən "2"!”.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı