“Los Anceles Qalaksi”nin yeni transferi Zlatan İbrahimoviç dünya çempionatına buraxılmaya bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb isveçli forvardın bukmeker kontorlarından biri ilə əməkdaşlıq etməsidi.
Belə ki, yenidən yığmaya qayıdacağını və mundiala yollanacağını istisna etməyən 36 yaşlı forvardın bukmeker kontoru ilə müqaviləsi FİFA-nı narahat edir. Ali futbol qurumu məhz bu səbəbdən ona dünyanın ən böyük turnirində iştirak qadağası qoymağa hazırlaşır.
Qeyd edək ki, Zlatan İbrahimoviç AÇ-2016-dan sonra milli karyerasını başa vurduğunu açıqlamış, lakin sonradan dünya çempionatına yollanmaq arzusunda olduğunu gizlətməmişdi.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?