[b]FİFA Messini cəzalandırdı[/b]
28.03.2017 - 18:45
[b]FİFA Messini cəzalandırdı[/b]

Argentina yığmasının futbolçusu Lionel Messi cəzalandırılıb. Apasport.az saytı xəbər verir ki, FİFA 29 yaşlı superulduza sanksiya tətbiq edib.

 

Belə ki, “Barselona”nın üzvü millinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi növbəti 4 oyunda iştirak edə bilməyəcək. Messinin diskvalifikasiya edilməsinə Çili ilə matçda (1:0) yan xətt hakimini söyməsi səbəb olub.

 

Messi seçmə mərhələnin yalnız son matçında meydana çıxmaq şansı qazanacaq.

 

4 oyunluq cəza ilə yanaşı, argentinalı futbolçuya 10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.